“Sportinq” Kamran və Emini məyus etdi

“Sportinq” Kamran və Emini məyus etdi
GÜNDƏM 27 Noyabr 2016 / 00:11 5119
-  A +

Portuqaliya çempionatında 11-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi "Boavişta" öz meydanında “Sportinq”i qəbul edib.

Ağayev start heyətində yer aldığı halda, Mahmudov meydana sonradan daxil olub. Həmyerlimiz 76-cı dəqiqədə Karrakanın əvəzinə oyuna qoşulub. Bununla da Emin Mahmudov Portuqaliya çempionatında debüt edib.

Matç “Sportinq”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dostun 25-ci dəqiqədə vurduğu qol matçın taleyini həll edib.

Qeyd edək ki, 11 oyundan sonra 13 xalı olan “Boavişta” 11-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır