"Slovan"ın baş məşqçisi Yindrix Trpişovski Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la oyun öncəsi mətbuat konfransı keçirib.
- Milan Baroş sabahkı qarşılaşmada iştirak edəcək?
- Bizim üçün hər oyun çox önəmlidi. Təəssüf ki, Baroş sabahkı qarşılaşmada iştirak etməcək.
- Şəhərdə gəzdik, müəyən müşahidələr apardıq. Ancaq gözləmədiyimiz mənzərə ilə qarşılaşdıq. Şəhər sabahkı oyunla yaşamır. Buna səbəb nədir?
- Fikrimcə, yerli sakinlər oyuna hər zaman maraq göstərir. Soyuq münasibətin 4 oyundan sonra qazandığımız 1 xala aidiyyatı yoxdur. Biz şimalda yerləşirik. Buna görə də azarkeşlərimiz istiqanlı deyil.
- Bakıda gülərüz görünürdüz. Amma bu gün nədənsə fikirlisiz...
- Təbii ki, fərq var. Oyundan öncə hisslər qaçılmazdır. Həmin vaxt bizim ilk oyunumuz idi. İndi isə dərdlərim çoxdur. Kifayət qədər zədəli futbolçum var.
- Qrupdan iki komandanın növbəti mərhələyə çıxması daha real görünür. Bunlar "Fiorentina" və "Qarabağ" komandalarıdır. Möcüzəyə inanırsız, yoxsa artıq ümidiniz tükənib?
- Mənim artıq 40 yaşım var. Balaca uşaq olanda möcüzələrə inanırdım. Yaxşı oynasaq, "Qarabağ"a qalib gələ bilərik. Bizim üçün mərhələ adlamaq yüksək nəticədir. Bu il isə çox xal qazana bilmədik. Əvəzində isə klubun büdcəsini artıra bildik. Çalışacağıq ki, "Qarabağ"ın növbəti mərhələyə adlamaq şansını çətinləşdirək. Daha çox ad-san üçün oynayacağıq.
- Çempionatdakı böyükhesablı məğlubiyyətdən sonra sabahkı oyuna futbolçuları necə motivasiya edəcəksiz?
- Bu, mənim ən pis ilimdir. Ev oyunlarında qalib gələ bilmədik. İnanıram ki, son ev oyunumuzda qələbə qazanacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Bu sual zarafatyanadır. İki il bundan öncə "Qarabağ" qrupdan çıxmağa çox yaxın idi. Ancaq yerliniz Miroslav Çexiya Milan "İnter"inə vurduğumuz təmiz qolu qeydə almadı. Bəlkə, bunu nəzərə alaraq, bizə jest edəsiz?
- Mən ancaq öz komandama qalib gəlmək üçün kömək edə bilərəm (gülür).
- "Qarabağ"la Bakıda keçirilən oyunda qələbəni son dəqiqədə əldən verdiniz. Daha sonra Azərbaycan klubu 2 qələbə qazanmaqla qrupdan çıxmağa yaxındır. Rəqibini müsbət nəticə qazanıb, qrupdan çıxmağı təmin etsə, bu, onların haqqıdır, yoxsa təsadüfi nəticədir?
- Hər qələbə böyük işin nəticəsidir. Bakıdakı oyun yadımızdan çıxmır. O oyun bizim üçün çox həlledici oldu. Daha sonra zəifləməyə başladıq. "Qarabağ"ın güclü olduğunu son 10 dəqiqədə hiss etdik. Hər qələbənin arxasında böyük zəhmət durur. Buna görə də nəticəni təsadüf adlandırmazdım. Bu, "Qarabağ"ın haqqıdır!
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...