“Belə məğlubiyyətdən sonra “Qarabağ”la oyuna köklənmək çətin olacaq. Amma biz peşəkarıq. Bilirik ki, Avroliqada qrup matçı “Yablonets”lə oyundan 180 dərəcə fərqli olacaq”.
Qol.az-ın xəbərinə görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Slovan” klubunun kapitanı Lukas Pokornı deyib.
Liberets təmsilçisi dünən Çexiya çempionatının 14-cü turunda səfərdə “Yablonets”ə 0:3 hesabı ilə uduzub. Hazırda yaxşı günlərini keçirməyən “Slovan” turnir cədvəlində 11-ci yeri tutur.
Komandasının durumundan narazı olan kapitan klublarının rəsmi saytına bildirib: “Biz tezliklə problemdən çıxış yolu tapmalıyıq. Bu biabırçılıq davam etməməlidir. Biz “Yablonets”lə oyunda qalib gəlmək istəyirdik. Amma olmadı. Çox səhv etdik”.
Xatırladaq ki, “Qarabağ”la “Slovan” arasında növbəti oyun noyabrın 24-də Liberetsdə keçiriləcək.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar