“Qarabağ”ın hücumçusu Dino Ndlovu Topaz Premyer Liqanın 12-ci turunun “Kəpəz”ə qarşı oyunundan (1:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsən?
- Öz meydanımızda oynadığımız ən çətin oyunlardan biri idi. Lakin əsas olan qələbəni qazandıq. Artıq qarşıdan gələn “Slovan”la oyuna hazırlaşmalıyıq.
- Oyun zamanı daha çox zədədən qorunmağa çalışırdınız...
- Zədə futbolun bir parçasıdır. Amma futbolçunun zədədən qorxa-qorxa oynaması da doğru deyil. Qarşıda bizi çox vacib oyunlar gözləyir. Bu səbəbdən ehtiyatlı davranmaq lazımdır.
- Avroliqanın təzyiqini öz üzərinizdə hiss edirdiniz?
- Deməzdim ki, Avroliqa ilə Azərbaycan çempionatı arasında keyfiyyət fərqi var. Mən hər iki yarışa da eyni diqqətlə yanaşıb, eyni qiyməti verirəm.
- Nədənsə çox kəsərli hücumlar edə bilmədiniz, əksinə, öz qapınızda bir neçə qol epizoduna imkan verdiniz.
- Çalışırdıq ki, daha çox qol vuraq, sadəcə, alınmadı.
- Bu gün vurduğun qol növbəti oyunlarda sənə əlavə motivasiya olacaq?
- Baş məşqçimiz bizi oyunlara yüksək ruhla çıxarır. Vurduğum qol mənim üçün əlavə bir stimuldur. Vacib olan isə komandamızın qalibiyyətidir.
- Cənubi Afrika milli komandasının baş məşqçisinə səni milliyə çağırmadığı üçün narazılığını bildirmişdin...
- Bu məsələ ölkəmdə baş verib. Burada yenidən danışmağa ehtiyac yoxdur.
- “Qəbələ” də bu gün qələbə qazandı. Çempionluq yarışını necə dəyərləndirisən?
- “Qəbələ”nin qalib gəlməsinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Bu gün matça çıxdıqlarından da xəbərim yoxdur.
Məftun MAHİROĞLU
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar