“Bu gün oyuna ciddi itkilərlə çıxmışdıq. Bizim kimi komandalarda bir itki də təsir edir. Baxımlı futbol oynamağa çalışdıq. İlk hissədə müdafiədə oynayıb, sürətli əks hücumlar qurmaq istəyirdik. İkinci hissədə taktikanı dəyişdik. Risk edib hücumda oynamağa başladıq. İkinci hissədə azarkeşlər darıxmadı. Yaxşı oyun izlədik”.
Qol.az-ın xəbərinə görə, bu sözləri jurnalistlərə “Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün Topaz Premyer Liqanın 12-ci turunda “Qarabağ”la oyundan (0:1) sonra deyib.
“83-cü dəqiqədə əvəzetmə etmək istəyirdik. 5 dəqiqə top meydandan çıxmadı, buna görə də əvəzetmələr gecikdi. Yolumuza davam edirik. Bir azərbaycanlı kimi çox istəyirəm ki, “Qarabağ” “Slovan”la oyundan sərfəli nəticəylə qayıtsın. Ümumiyyətlə, “Kəpəz”lə oyun Avroliqa matçı öncəsi “Qarabağ” üçün yaxşı hazırlıq oldu. Biz avrokuboklara düşmək uğrunda mübarizə aparacıq. İtirilən xalları geri qaytarmaq üçün səy göstərəcəyik”.
- 1 xal qazana bilməməyinizin əsas səbəbi nədi?
- “Qarabağ”la hücum futbolu oynamaq ölümə bərabərdir. Məğlub olduğumuza görə utanmıram. “Qarabağ” Avropanın top komandalarındandır. "Qarabağ"a qarşı oynamaq Azərbaycanda hər bir komanda üçün imtahandır. Deməzdim ki, imtahandan "2" aldıq.
- Darionun durumu nə yerdədir?
- Dario komandayla məşqlərə başlayıb. Risk edib 18-liyə daxil etmədim. Bu gün Darionun yoxluğu hiss olunurdu.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar