“Zirə”nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqanın bu gün keçirilən 12-ci turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.
Qol.az-ın xəbərinə görə, o qeyd edib ki, komandası məğlub olmaq istəmədiyi üçün meydanda aqressiv olub: “Liderə qarşı oynayırdıq. Biz layiq olduğumuz qələbəni qazanmaq istəyirdik. Qol vurmaq imkanlarımız oldu, amma istifadə edə bilmədik. Uduzmağımızın əsas səbəbi də bu oldu. Məşqlərdə bu problemin üzərində işləməliyik. Bu gün 3 xal qazanmaq üçün əlimzdən gələni etdik”.
Adil Şükürov bildirib ki, qapılarına qol vurulmazdan əvvəl futbolçuları Cavid Tağıyevə qarşı hərəkətin qayda pozuntusu olduğunu zənn ediblər: “Amma belə deyilmiş. Hakim epizoda yaxın idi. O epizodda qayda pozulmuşdusa belə, futbolçularımız dayanmalı deyil, axıra qədər oynamalı. Oyunçularımızın diqqətsizliyi qapımıza qolun vurulmasına gətirib çıxardı”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"