“Bu gün vacib 3 xal qazandıq. “Zirə” oyundan oyuna artır. Rəqibi yaxşı analiz etmişdik. Gozəl qol vurub bizə lazım olan qələbəni qazandıq”.
Qol.az-ın xəbərinə görə, bu sözləri “Qəbələ”nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 12-ci turunda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, bu gün komandanın hücum xəttində zəif çıxış edən Baqali Dabo və Ruslan Qurbanovun oyununa da toxunub: “Dabo zədəsini yeni sağaldıb. Ruslan bu gün istəkli idi. Deməzdim ki, o, pis oynadı. Aqressiv idi. Qol vurmaq imkanlarımız var idi. Əgər Ozobiçin qolu olmasaydı, başqa futbolçumuz lazım olan qolu vuracaqdı. Çünki oyunçularımızın hamısı başa düşürdü ki, 3 xal vacibdir”.
Sənan Qurbanov onu da deyib ki, baş məşqçi Roman Qriqorçukun cəzası səbəbindən matçı tribudan izləməsi komandanın oyununa təsir edib: “Amma o, matçdan əvvəl lazımi tapşırıqlarını vermişdi. Onun baş məşqçi olduğu dönəmdə futbolçularımız nə etmək lazım olduğunu gözəl bilir”.
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"