«Qarabağ»ın müdafiəçisi və millimizin kapitanı Rəşad Sadıqov sabah «Xəzər Lənkəran»a qarşı keçiriləcək mühüm oyunöncəsi Qol.az saytının suallarını cavablandırıb
- Hazırda komandanızda əhval-ruhiyyə necədir?
- Normaldır. Bu dəqiqə Lənkərandayıq və sabahkı qarşılaşmaya hazırlaşırıq. «Qarabağ»ın heyətində ilk dəfə «Xəzər Lənkəran»a qarşı oynayacağam. Bildiyiniz kimi, bu komandanın çoxlu tərəfdarı var. Bu qədər azarkeş qarşısında oynamaq sevindirici haldır. Yerli azarkeşlər də oyunun gözəl və maraqlı keçməsi üçün əllərindən gələni edəcəklər .
- «Xəzər Lənkəran» və «Qarabağ» artıq «altılıq»da yerini təmin edib. Bu mənada, oyun həm də qızıl xallara görə xüsusi önəm daşıyacaq. İlk oyunda rəqibə qalib gəlmisiniz. Yəqin ki, sabahkı oyunda «Qarabağ»a heç-heçə də sərf edəcək.
- Əlbəttə, sizin də qeyd etdiyiniz kimi, bu oyunda qazanılacaq xallar qızıla bərabər olacaq. Ona görə də «Xəzər Lənkəran» qələbə üçün daha çox çalışacaq ki, bu da oyunun gərginliyini artıracaq. Biz isə əlimizdən gələni edəcəyik ki, Lənkərandan uğurlu nəticə ilə dönək. Təbii ki, əsas məqsədimiz «Xəzər Lənkəran»a məğlub olmamaqdır. Belə bir komanda ilə səfərdə bir xal qazanmağın özü də yaxşı nəticə sayılmalıdır.
- Qurban Qurbanov «Karvan»la oyunda səni meydana buraxmadı. Bu addım daha çox «Xəzər Lənkaran»la oyuna hesablanmışdı?
- Ümumiyyətlə, bizim komandanın sıx qrafiki var. Komandada futbolçuların sayı çoxdur. Məşqçilər heyəti də bütün futbolçulara şans vermək, onları yoxlamaq istəyir. Qurban Qurbanov məni meydana nəyə görə buraxmaması haqda bir söz deməmişdi.
- Sabahkı qarşılaşmaya özünü hazır bilirsən?
- Bəli.
- Rəqib komandanın ən çox hansı futbolçusundan ehtiyat edirsən?
- «Xəzər Lənkəran»ın hücum və yarımmüdafiə xətti çox güclüdür. Komanda oyununa görə Premyer Liqadakı klubların çoxundan fərqlənir. Rəqibimiz çox güclü heyətə malikdir. Bu komandanın göstərdiyi oyun, qazandığı ardıcıl qələbələr dediklərimi təsdiqləyir. Komandada çox güclü legionerlər də çıxış edir. Həm də bu komandanın Kamran Ağayev kimi qapıçısı var. Onu xüsusilə qeyd edərdim. O, qapıçı olmasına baxmayaraq, komandalarının oyunu getməyəndə oyunçulara təsir edə bilir. «Simurq»la «Xəzər Lənkəran»ın son oyununu videoyazısını izlədik. Kamran çox yaxşı, inamlı oyunu ilə seçildi. Bir sözlə, «Xəzər Lənkəran»ın çox güclü heyəti və təhlükəli oyunçuları var. Həmin futbolçulardan kimisə ayrılıqda fərqləndirmək istəməzdim.
- Milli komandamızın futbolçusu Mahir Şükürovla bağlı olaylardan yəqin ki, xəbərdarsan. Millidə oynamaqdan imtina edən Mahirə Foqts tərəfindən yenidən dəvət göndərilsə, bunu necə qarşılayacaqsan?
- Fikrimcə, Mahir milli komandaya dəvət edilməlidir. Onun son vaxtlar söz-söhbətə səbəb olan müsahibəsi haqda dəqiq bir söz deyə bilmərəm. Mahir hələ ötən ay Antalyada olanda mənə söyləmişdi ki, böyük ehtimalla Lüksemburqla oyunun hazırlıqlarına gəlməyəcəyəm. Dedi ki, «Anji»yə yeni keçmişəm, bu komandanın qarşıda xeyli gərgin oyunları var. Belə durumda futbolçunu da anlamaq lazımdır. Mən belə fikirləşirəm ki, futbolçu qarşılıqlı razılışma əsasında millinin heyətinə gəlməyə bilər. Təbii ki, rəsmi oyunların hazırlığını nəzərdə tutmuram. Hələ Türkiyənin «Kocaelispor» klubunda oynayanda Berti Foqts mənə də dəvət göndərmişdi. Mən baş məşqçiylə danışdım. Bildirdim ki, «Kocaelispor»un vacib oyunları olduğu üçün bu dəfə millinin təlim-məşq toplanışına məni çağırmayın. O da bu qərarımı anlayışla qarşıladı.
Bu mənada, komandanın kapitanı kimi, şəxsən mən Mahiri yenidən millidə görmək istəyirəm.
- Ümumiyyətlə, necə düşünürsən, yerli futbolçulardan Foqtsun diqqətindən kənarda qalanlar varmı?
- Fikrimcə, millidə oynamağa layiq olanların hamısına dəvət göndərilib. Azərbaycanda milli komandada oynamaq gücündə olan 50-60 yerli oyunçu var. Amma, axı, Foqts onların hamısını milliyə dəvət edə bilməz. Məşqçi onun üslubuna, taktikasına yaxın olan futbolçuları milliyə cəlb edir. Əvvəl komandaya 22 futbolçu dəvət alır, sonra onlardan 18-i seçilir. Əsas heyətdə bu 18 nəfərdən 11-i meydana buraxılır. Başqa sözlə, baş məşqçi bərabər səviyyədə olan iki oyunçudan birini seçir. Ona görə də, düşünürəm ki, bu məsələni çox da qabartmaq lazım deyil.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu