Runi millidən ayrıldı

Runi millidən ayrıldı
DÜNYA FUTBOLU 15 Noyabr 2016 / 09:45 3352
-  A +

İngiltərə millisinin futbolçusu Ueyn Runi zədələnib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandasının son məşqini buraxan 31 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Buna görə o, millinin düşərgəsini tərk edib.

Beləliklə, Runi İspaniya ilə yoldaşlıq görüşünü buraxacaq.

Qeyd edək ki, İngiltərə - İspaniya oyunu bu gecə keçiriləcək.


Son xəbərlər
topaz banner