"Fənərbaxça"da ciddi itki

"Fənərbaxça"da ciddi itki
DÜNYA FUTBOLU 10 Noyabr 2016 / 10:41 3230
-  A +

"Fənərbaxça"nın futbolçusu Cermeyn Lens zədələnib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Hollandiya millisinin oyunçusu Belçikaya qarşı dünən keçirilən yoldaşlıq görüşündə zədə alıb. Onun son durumu tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Türkiyə mətbuatı Lensin "Qalatasaray" derbisinə kimi böyük ehtimalla  hazır olmayacağını yazıb.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" oyunu noyabrın 20-i keçiriləcək.


Son xəbərlər
topaz banner