"Mançester Siti" qapıçısı Klaudio Bravo ilə yolları ayırıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, çilili qolkiperlə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 37 yaşlı qapıçı 2016-cı ildə "Barselona"da İngiltərə təmsilçisinə transfer olunmuşdu. O, "Mançester Siti"də ümumilikdə 61 matçda 60 qol buraxıb. Bravo 2018/2019 mövsümündə zədə səbəbindən təxminən 10 ay yaşıl meydanlardan uzaq qalmışdı. Klaudio "Mançester Siti" ilə 4 ildə 2 ölkə çempionluğu və federasiya kuboku daxil omaqla, ümumilikdə 8 kubok qazanıb.
Əlavə edək ki, Bravonun "Nyu-York Siti" və ya "Seltik"ə keçəcəyi gözlənilir.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda