Nicat Qurbanovdan Gürcüstanda daha bir qol

Nicat Qurbanovdan Gürcüstanda daha bir qol
ÖLKƏ FUTBOLU 10 Noyabr 2019 / 16:55 4566
-  A +

Gürcüstanın birinci divizionunda 34-cü turun görüşləri keçirilib.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyii "Samtredia" evdə "Qaqra"ya 3:0 hesabı ilə qalib gəlib.

Qurbanov oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 37-ci dəqiqədə ilk qolun müəllifi olub.

Bu ilin yayından "Samtredia"da oynayan Nicat 6 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Samtredia" 71 xalla ikinci yerdə qərarlaşıb. Turnir cədvəlinə 81 xalla Tbilisinin "Merani" klubu başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner