"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
ÖLKƏ FUTBOLU 13 Avqust 2019 / 22:18 14437
-  A +

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edib.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə etsə də, gözlənilmədən 0:2 uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qarabağ” mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək. Təmsilçimiz bu mərhələdə "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Pley-offun oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.


13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu
 
20:30. "Qarabağ" (Azərbaycan) – APOEL (Kipr) - 0:2
Qol:
De Vinsente, 34-pen. Uroş Matiç, 68
Qırmızı vərəqə: Almeyda, 90+4
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı