“Mən universal futbolçuyam. Müdafiə və yarımmüdafiənin cinahlarında, hətta hücumda da oynaya bilərəm”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın haitili yarımmüdafiəçisi Donald Gerye ölkəsinin mətbuatına açıqlamasında deyib.
Mövqeyi yarımmüdafiəçi olmasına baxmayaraq, 29 yaşlı oyunçu Ağdam klubunda daha çox cinah müdafiəçisi kimi çıxış edir. Gerye bunun ona heç bir çətinlik yaratmadığını bildirib: “Klubda olduğu kimi, millidə də istənilən mövqedə oynaya bilərəm. Bu, oyunun intensivliyindən, komandanın oyun üslubundan asılıdır. Baş məşqçi hansı mövqeyə qoysa, orada oynamağa, onun arzusunu yerinə yetirməyə hazıram”.
Qeyd edək ki, 2017-ci ilin yayında “Qarabağ”a gələn Gerye ilk vaxtlarda hücumameylli yarımmüdafiəçi kimi çıxış etsə də, sonradan Qurban Qurbanov onu müdafiənin solunda – Ansi Aqollinin mövqeyində sınamağa başlayıb.
Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi