Növbəti rəzalət, yaxud bu da sizə “inkişaf”
[08.06.2012]

Anar Xanlarov

Dünən Mərdəkandakı “Dalğa Arena”da U-15 liqanın final oyununda baş verənlər Azərbaycan futboluna növbəti qara ləkəni vurdu. Bəzən biz mətbuatı qınayırlar ki, qalmaqala qaçırıq, tənqid yazırıq, sensassiya axtarışındayıq, inkişafı görmürük, filan. Yaxşı, ey qələm əhlinə bu ittihamları yönəldənlər, siz deyin, dünən baş verənlərə nə ad vermək olar? Sizcə, bu, biabırçılıq deyil, bəs nədir?

15 yaşlı uşaqların final qarşılaşmasından sonra kütləvi dava-dalaş olub. Burada hamının günahı var, “Bakı”nın da, “Neftçi”nin də, AFFA-nın da. Ümumiyyətlə, son baş verənlər bir daha göstərdi ki, bəzilərinin çıxıb pafoslu-pafoslu “futbolumuz inkişaf edir” deməyi ilə deyil. Hələ biz peşəkarlığın normal qaydalarını özümüzdə tətbiq edə bilmirik. Əgər ölkənin iki iddialı, adının qarşısında “peşəkar” sözünü yazan klubunun qarşılaşması əlbəyaxa dava ilə yekunlaşırsa, burada hansı peşəkarlıqdan danışmaq olar? İndi burada hərə özünü təmizə çıxarıb günahı qarşı tərəfin üstünə atır Amma, əlahəzrət fakt biabırçılığın olduğunu göstərir.

Həm “Neftçi”yə, həm də “Bakı”ya hörmətimiz, hər iki klubla münasibətimiz var. Amma,baş verənlər hər iki klubun imicinə zərbədir. Azərbaycanın gələcəyi hesab olunan futbolçular bu gün əlbəyaxa olursa, hansı parlaq gələcəyə ümid etmək olar? Görəsən, bu klublarda təlim-tərbiyə işləri ilə məşğul olan var? Əgər “razborka” 1-2 nəfərin arasında olsa, hardasa demək olardı ki, 1-2 nəfərə görə, ümumi komandaya ləkə yaxmaq düzgün olmazdı. Axı, ortada kütləvi dava-dalaşdan söhbət gedir. Bir daha deyirəm, şəxsən mən, hər iki klub adına böyük təəssüf hissi keçirdim.

Bəli, “Neftçi” son illər uşaq futboluna ciddi diqqət yetirir, yeniyetmə futbolçular arasında təşkil olunan çempionatlarda yaxşı nəticələr qazanır, “Bakı”nın gördüyü işlər, qurduğu infrastruktur da göz önündədir. Amma, görünür, bu klublar nizam-intizam baxımından hələ çox iş görməlidir.
 
Bir neçə kəlmə də AFFA haqqında. Çünki çempionat bu qurumun bayrağı altında keçirilir. Deməli, baş verən biabırçılıqlara görə onlar da məsuliyyət daşıyır. Məsələyə münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov olanları kəskin şəkildə pisləyib və günahkarların mütləq öz cəzalarını alacağını deyib. Çox gözəl. Bizim də istədiyimiz budur. Amma, bir məsələ var. Gərək nəsə ola ki, ağlımız başımıza gələ? Qarşıdan 17 yaşadək qızlar arasında dünya çempionatı gəlir. Daha sonra 2016-cı ildə daha bir mötəbər yarışa -17 yaşadək oğlanlar arasında Avropa çempionatına ev sahibliyi edəcəyik. 2020-ci ildə böyüklər arasında Avropa çempionatını qəbul etməyə iddialıyıq. Axı, bu qədər iddialı olan federasiya hər addımında diqqətli olmalıdır. Sabah UEFA görsə ki, heç biz 15 yaşlı futbolçuların final görüşünü təşkil edə bilmirik, bizə Avropa çempionatının final mərhələsini həvalə edər? Bu gün polis 50-60 azarkeşin qabağını ala bilmirsə, sabah 30000-40000-lik  kütlənin qarşısını necə alacaq?

Bizdə olan məlumata görə, dünənki qarşılaşmada cəmi 20-25 polis işçisi olub. Hansı çempionatın finalında asayişi 20 polis qoruyur? Görünür, ötən ay “Bakı” - “Qəbələ” matçında baş verənlərdən örnək götürən olmayıb.

Sonda deməyim odur ki, kəmiyyətə hesablanmış addımlar atıb bunu keyfiyyət göstəricisi kimi millətə sırımayaq. Bəli, AFFA bütün yaş qrupları üzrə çempionat keçirir. Amma, dünənki hadisə göstərdi ki, təşkilatçılıqla bağlı yetərincə problem var və bunlar mütləq aradan qaldırılmalıdır. 


 

6594 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
03.02.2014  16:05 Azərbaycanda tək Sumqayıta qar yağıb?
16.09.2012  16:03 Polis zorakılığı və ya “barabanı vurma, başım ağrıyır”
01.09.2012  13:21 Tarix, örnək, diktə və böyük ağa
26.08.2012  14:55 “Rəvan”dan ziddiyyətli qərarlar
20.08.2012  13:13 AFFA nümayəndəsinin Sumqayıt “şou”su
13.08.2012  13:12 Biz niyə futbolsuz qalmalıyıq?
02.08.2012  13:18 Bərbad müdafiə, yanlış taktika
27.07.2012  12:41 Sxadadze və Nikolov istefaya getməlidir!
13.07.2012  14:25 “Bakı” fiaskosuna sözardı
10.07.2012  16:50 “İnter”i tək qoymayın!
16.06.2012  17:20 Almaniya çempion olacaq!
31.05.2012  19:31 Qürurlu adın cürətsiz daşıyıcıları
23.05.2012  18:07 Muzdlu legionerlər və küçə futbolu
17.05.2012  15:40 Sxadadze, yoxsa Qurbanov və ya yubilyarın yubileyinə sözardı
10.05.2012  15:05 “Bakı”, imicini qoru!
07.05.2012  13:45 “Neftçi”, bəs, buna sözün nədir?
05.05.2012  00:01 Budurmu, “Neftçi”nin peşəkarlığı?
21.11.2011  11:10 Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?
07.11.2011  14:19 Rednikə Böyük (Ağa) “silləsi”
31.10.2011  10:13 “Qarabağ”ın fədakarlığı, Adamsın fiaskosu
22.10.2011  17:35 Aşkar yerlibazlıq, yoxsa yersiz inad?
17.10.2011  12:07 Hacıyev yenə Redniki qabağa buraxdı
14.10.2011  12:39 Şikəst gələcək
10.10.2011  11:40 Üzsüzlər haqqında yazı
01.10.2011  15:40 Belə olmaz, ser Toni!
30.09.2011  16:45 Elxan Məmmədovun körpü nağılı
26.09.2011  11:22 Rednik uzaqlaşır, Adamsla Starkov ləngər vurur
23.09.2011  11:49 Ehtiyatlı olun, “dəlləy”iniz naşıdır
19.09.2011  15:17 Məntiqsiz “istefa” çağırışı və “Bakı”nın növbəti “penalti şou”su
19.09.2011  15:38 Dərəbəylik
12.09.2011  13:25 “Bakı”nın dərdi var, “Turan” tapmacası və ya Hacıyev nə etmək istəyirdi?