"Qarabağ" - "Qəbələ" matçında xüsusi pankart - Şəkillər

"Qarabağ" - "Qəbələ" matçında xüsusi pankart - Şəkillər
XƏBƏR 17 Oktyabr 2020 / 16:28 2160
-  A +

Azərbaycan Premyer Liqasının 6-cı turunda daha bir oyunda Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək xarakterli pankart açılıb.
 
Qol.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən  “Qarabağ” - “Qəbələ” matçında stadionun tribunalarına “Qarabağ Azərbaycandır!” pankartı və Azərbaycan bayraqları asılıb.
 
Komandalar meydana xüsusi hazırlanmış maska ilə çıxıblar. Həmin maskalarda şəhid generalımız Polad Həşimov və Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə atdığı raket nəticəsində xəsarət alan 5 yaşlı Ömər Nəsirovun şəkli yer alıb.
 
Futbolçular əllərində “Əmrinizdəyik, cənab Ali Baş Komandan” pankartı ilə Azərbaycan himnini oxuyublar.











Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı