Türkiyə millisinin baş məşqçisi Farih Terimin zaman-zaman ulduz futbolçularla problemi olub.
Son olaraq, onun hazırda “Barselona”da oynayan Arda Turanla münasibətləri gərginləşib. Terim bu səbəbdən Ardanı milliyə dəvət etməyib. Onun bu qərarı Türkiyədə narazılıqla qarşılanıb.
Qol.az xəbər verir, Terimin məşqçilik karyerasında bəzi məşhur oyunçularla münaqişəyə girib, bəzilərini heyətdən kənarda qoyub, bəzilərinin isə bu məşqçidən ümumiyyətlə, xoşu gəlməyib. Bəs onun yola getmədiyi futbolçular kimlər olub?
Gəlin, yaxın tarixə bir daha nəzər salaq...
Hakan Şükür. Onunla Terim arasında münasibətlər həmişə soyuq olub. Bir jurnalistə müsahibəsindən sonra isə Hakan “Avro-2008”ə aparılan heyətə salınmadı.
Predraq Miyatoviç. Terim “Fiorentina”da fəaliyyətə başladığı ilk gündən serb oyunçu ilə yola getmədi. Miyatoviç sonralar Terim haqda “Toplu hücum və toplu müdafiə kimi axmaq futbol anlayışı var” ifadəsini işlətmişdi.
Yıldıray Baştürk. “Ştutqart”da oynayarkən “Avro-2008”in heyətinə daxil edilmədi. “Çempionlar Liqasında çıxış edən ilk türk idim. Seçmə mərhələdə daim 18-likdə yer almışdım. Avropa çempionatına aparılmayacağımı biləndə üç gün ağıladım” – deyə Baştürk bildirib.
Andrea Pirlo. Terimin “Milan”ı çalışdırdığı müddətdə Pirlo ilə münasibətləri də gərgin olub. Bu haqda məşhur futbolçu bu il çıxan kitabında yazıb. “Onun klub tərəfindən qoyulan qaydalara allergiyası vardı. Qəribə adam idi. İlk gündən bilinirdi ki, burada çox qalmayacaq”.

Bülənt Qorxmaz. “Qalatasaray”ın uğurlarında böyük pay sahibi olan klubun əfsanəvi kapitanı “gəncləşdirmə siyasəti”nin qurbanı oldu. O, uzun müddət Terimin bu qərarından narazı idi.
Hakan Ünsal. İngiltərədən “Qalatasaray”a qayıtdıqdan sonra karyerası uğurlu alınmadı. “Qalatasaray”a və Fatih Terim üçün qayıtmışdım. Amma yekunda heyətdən kənarda qaldım. Bu da məni çox üzdü”.
Ümit Karan. Fatih Terimin bu oyunçu ilə də ulduzu barışmadı. Gecə həyatına düşkünlüyü də Ümitin əleyhinə işləyən amillərdən idi.
Milan Baroş. "Qalatasaray"dan getdikdən sonra Baroş bunları demişdi: "Onun barəsində yaxşı heç nə xatırlamıram. Onun möhtəşəm məşqçi olduğunu deyirdilər. Amma birgə işlədikdən sonra bunun əksini gördüm. Dünyada Terimdən daha güclü nə qədər məşqçi var.
Burak Yılmaz. “Avro-2016”da mükafatların azaldılması məsələsinə görə narazılıq edənlərdən biri də Burak Yılmaz idi. Terim bu gərginlikdən sonra Burakı da “qara siyahı”sına saldı və milliyə dəvət etmədi.
Arda Turan. Ardanın Burak Yılmaza görə Terimlə mübahisə etdiyi iddia olunub. Bu səbəbdən Terim Ardanı da milliyə dəvət etməyib. Halbuki o, hazırda “Barselona”da yaxşı oyunu ilə diqqət çəkir.
Goal.com-un materialları əsasında
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı