“Neftçi” Futbol Klubunun sabiq rəisi, Azərbaycan Kikboks Federasiyasının vitse-prezidendi Güloğlan Cabbarov Qol.az saytının suallarını cavablandırıb.
- “Neftçi” klubunun hazırkı durumunu necə qiymətləndirsiz?
- Hesab etmirəm ki, futbolumuzda geriləmə var. Futbol öz yerindədir. Sadəcə "Neftçi"nin son 2 mövsümdə çıxışı azarkeşləri qane etmir. Bu da ondan irəli gəlir ki, klubda intizamsızlıq var. Açığı, hazırda o klubun rəhbərliyində futbolu bilənlər yoxdur. "Neftçi" peşəkar klubdur. Deməli, peşəkar klubda da peşəkar insanlar çalışmalıdır. Heç kimə söz atmaq istəmirəm. Ancaq orda hər zaman futbolçulara dəstək verən, transfer işlərini düzgün yürüdən, klubda canla-başla rəhbərliyin olmaması görünür. Bu kimi məsələlər orda düzgün getmədiyi üçün "Neftçi" nəticə verə bilmir və bu da azarkeşləri qıcıqlandırır.
- Əksəriyyət belə bir fikir bildirir ki, "Neftçi" kimi köklü klubun kapitanı intizamsızlığı ilə məşhur olan Araz Abdullayev olmamalıdır. Sizin bu barədə fikirləriniz necədir?
- Arazı uşaq vaxtından tanıyıram. Mənim fikrimcə, Araz çox tərbiyəli idmançıdır. Amma beş barmağın hamısı bir ola bilməz. Hər bir insanın bir xasiyyəti var və buna uyğun da onunla yola getməyə çalışmalısan. Biz Arazın bu xasiyyətini neçə illərdir ki, bilirik. Demirəm ki, Araz pis insandır və ya intizamsızdır. Sadəcə məsəl var deyirlər ki, balıq başdan iylənir. O vaxt Mahir Şükürov "Neftçi"yə gələndə hamı deyirdi ki, o intizamsız futbolçudur, onu niyə gətirmisiniz. Sadıq Sadığova dedim ki, onun intizamı düzəltmək mənlikdir. Dedim, qoy gəlsin, onun bizə futbolu oyunu lazımdır, nizam-intizamını bir yerdə yoluna qoyacağıq. Ona görə də düşünürəm ki, Arazın ntizamsızlığı varsa, bunu düzəltmək asandır. Araz Azərbaycan futbolu üçün həqiqətən tapıntıdır. Onun intizamsızlığını düzəltmək olar.
- Yeri gəlmişkən, Mahir Şükürov yenidən "Neftçi"yə qayıtdı. Bu haqda nə deyə bilərsiniz?
- Zəng edib təbrikimi çatdırmışam. Ona məşqlərində daha da ciddi olmağı tövsiyə etdim.
- Biz əvvəlki Mahiri yenidən görə bilərik?
- Mən buna inanıram. Onda bu talant var. Yadınızdadırsa, İsrailin "Hapoel" klubu ilə oyun vaxtı Mahir komanda ilə cəmi 1 həftə məşq etmişdi. 4 ay idi ki, məşq keçməmişdi. Buna rəğmən biz onu start heyətinə saldıq. Hətta penaltidən qol vuranda birinci gəlib mənimlə qucaqlaşdı. Çünki mən ona zamin durmuşdum ki, Mahir Şükürov öz sözünü deyəcək. Bu gün də mən ona inanıram. Yəqin ki qış fasiləsindən sonra Mahir Şükürov öz formasını tapacaq.
- Bəs Elxan Abdullayev "Neftçi"ni düzəldə biləcəkmi?
- Elxan Abdullayev gözəl futbolçu olub, gözəl xasiyyəti var. Ona həmişə simpatiyam olub. Düşünürəm ki, Elxan Abdullayevə həm transfer, həm də daxili məsələlərdə lazımi dəstək verilsə, öz sözünü deyə bilər. Amma yanvara qədər onun işi çətindir. Qışda 3-4 yaxşı transfer edilsə, yanvardan sonra "Neftçi" özünü toparlaya bilər.
- Yenidən futbola qayıdışınız realdır?
- Belə düşünmürəm.
- Bir ara "Neftçi" İSM-ə məxsus olan "Qaradağ Lökbatan" klubunda çalışacağınız deyilirdi...
- Bəli, belə bir variant var idi. Ancaq mən daha futbolda çalışmaq istəmirəm.
- Bəlkə sizi futboldan küsdürüblər?
- Yox, küsdürməyiblər. Sadəcə o vaxtlar bir qədər gənclik səhvlərimiz oldu. Gərək səbirli, təmkinli olaydım. Amma yaxşı ki, elə futboldan getdim. Çünki səhər-axşam futbolda adam ancaq əsəb keçirir...
Məftun MAHİROĞLU
Son məşq - Şəkillər
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu