Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlərlə görüşüb.
Qol.az-ın məlumatına görə, stadionun ot örtüyünün durumu ilə bağlı jurnalistlərin suallarını cavablandıran Səmayə Məmmədova arenanın oyunların keçirilməsi üçün tam hazır olduğunu vurğulayıb:
“Bildiyiniz kimi, bir müddət öncə Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyü ilə bağlı müəyyən problemlər yarandı. Bu da təbii ki, havaların çox isti keçməsi ilə bağlı idi. Stadion bir neçə ildir ki, “Qarabağ” klubunun istifadəsinə verilib. Ot örtüyünün tamamilə sıradan çıxmaması üçün “Qarabağ” klubu və stadionun mütəxəssisləri qabaqlayıcı tədbirlər gördülər. Hazırda stadionun ot örtüyünün durumuna ingilis mütəxəssis Filip Şarples nəzarət edir. O bizə zəmanət verib ki, artıq stadionun ot örtüyü ilə bağlı problemlər yaranmayacaq”.
S.Məmmədova “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Yunanıstanın PAOK klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edə biləcəyini də qeyd edib:
“Qarabağ”ın PAOK-u “Tofiq Bəhramov”da qəbul edib-etməyəcəyi barədə bizə çox suallar ünvanlanır. Hazırda stadionun ot örtüyünün durumuna baxdıqda “Qarabağ”ın PAOK klubunu burada qəbul edə biləcəyini demək olar”.
Yuxarı
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu