Dünyaca məşhur "Goal.com" saytı "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolanın məşqçi karyerası ərzində problem yaşadığı və oynamağa şans vermədiyi məşhur futbolçuların siyahısını tərtib edib.
Qol.az-ın məlumatına görə, siyahıda təcrübəli mütəxəssisin "Barselona", "Bavariya" və "Mançester Siti"də çalışdırdığı futbolçular yer alıb.
P.Qvardiolanın "qara siyahı"sına son olaraq Yaya Ture daxil olub. Onu Ture ilə hələ "Barselona"dakı dövrdən münasibətləri yaxşı olmayıb. Bu soyuqluq aradan bir neçə il keçməyinə baxmayaraq, "Mançester Siti"də də davam edib.
Pep afrikalı oyunçunu Çempionlar Liqası üçün heyətə daxil etməyib. Bu qərardan sonra Y.Turenin menecerinin sərt açıqlaması P.Qvardiolanı daha da əsəbiləşdirib. O, futbolçunun və ya menecerin üzr istəməyəcəyi təqdirdə, ulduz oyunçuya heç vaxt şans verməyəcəyini açıqlayıb.
"Goal.com" saytının versiyasına əsasən, P.Qvardiolanın şans vermədiyi və qovduğu futbolçulardan ibarət rəmzi komandaya aşağıda adları qeyd olunan oyunçular daxil edilib.
Qapıçı: Co Hart (“Mançester Siti”)
Müdafiəçilər: Canluka Zambrotta (“Barselona”), Dante (“Bavariya”), Yaya Ture (“Mançester Siti”)
Yarımmüdafiəçilər: Emre Can (“Bavariya), Bastian Şvaynştayger (“Bavariya”), Toni Kroos (“Bavariya”), Deko (“Barselona”)
Hücumçular: Ronaldinyo (“Barselona”), Samuel Eto'o (“Barselona”), Zlatan İbrahimoviç (“Barselona")
Yuxarı
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov