“Qəbələ” Topaz Premyer Liqasının V turunda AZAL-la qarşılaşacaq.
Qol.az-ım klubun saytına istinadən yaydığı xəbərə görə ,cari mövsümdə ilk dəfə ev oyununu Qəbələ şəhər stadionunda keçirəcək “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 31-ci dəfə üz-üzə gələcək. İlk dəfə 2006-cı il noyabrın 4-də qarşılaşan komandalar indiyədək 30 matçda münasibətlərini ayırd edib. İki dəfə ölkə kubokunda yolları kəsişən komandalar 2008/09 mövsümünün 1/4, 2009/10 mövsümünün 1/8 finalında qarşılaşıblar. İlk dueldə (1:1, 1:0) Qəbələ, ikincidə (2:0, 0:1) Bakı təmsilçisi mərhələ keçib.
Digər 26 matç isə Premyer Liqa çərçivəsində keçirilib. Ümumilikdə 30 oyunda “qırmızı-qaralar” 10 qələbə qazanıb, 9 heç-heçə edib və 11 dəfə uduzublar. Top fərqində də bakılılar öndədir – 37:31.
AZAL-la oyunlarda “Qəbələ”nin heyətində ən çox fərqlənən Cavid Hüseynovdur. Onun hesabında 4 qol var. Kənan Kərimov bakılıları 3 dəfə məyus edib. Kristian Torres, Fərzad Hatəmi, Daniel Subotiç, Viktor Mendi və Aleksey Qay hərəyə 2 qolun müəllifidir. Baş tutan matçlardakı AZAL-ın oyunçuları 4 avtoqola üzülüblər. Alves dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasradze və Kamil Hüseynov “Qəbələ” ilə matçlarda öz qapısına qol vurublar.
“Qəbələ”nin ev oyunlarına gəlincə, 16-cı matç ərəfəsində komandalar hərəyə 4 qələbə qazanıbsa, 7 matç heç-heçə nəticələnib. Top fərqində isə qonaqlar üstün olub – 10:11.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı