"Bir neçə ildir komandaların Premyer Liqaya gələ bilməmələri ənənə halını alıb. Bunun da səbəbi PFL və AFFA-dan yox, divizion klublarından qaynaqlanır".
Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
R.Musayev heç bir komandaya qarşı ayrıseçkilik etməyəcəklərini bildirib: "Mövsümün sonunda elitadan 1 komanda gedəcək və 3 yenisi gələcək. Heç bir komandaya ayrıseçkiliyimiz yoxdur. Sabah hansısa komanda deməsin ki, mən yer tutdum və nəyə görə Premyer Liqaya vəsiqə qazanmadım. Hər bir komanda bizim üçün əzizdir və klubların sponsorlarına öz minnətdarlığımı bildirirəm. "Neftçala"nın çempionatdan tamam uzaqlaşmasının əlehinə oldum. Bizi günahkar görürlər, amma belə deyil. "Səbail" komandasının birbaşa diviziona vəsiqə qazanması hansı halda doğrudur? 13 komanda olsaydı, hər tur bir komanda dincəlməli idi. Bir komandanın artıq olması, ən azı 40 ailənin çörək yeməsidir. Bəzən deyirlər ki, qanunu pozursunuz. 13 komanda qalsaydı, yaxşı olardı? Futbolçu futbol oynamalıdır. Oynasınlar..."
R.Musayev "Mil Muğan"a himayədarlıq edəcəyinə dair əvvəllər verdiyi açıqlamasına da aydınlıq gətirib: "İmişlidə Ulu Öndərin adına olan stadion boş idi. AFFA rəhbərliyindən xahiş etdik, bərpa işləri görüldü. "Mil-Muğan" komandası yaradıldı. Hazırkı baş məşqçi Aqil Məmmədov nəyə qadir olduğunu sübut etməlidir. Təkcə "Mil-Muğan"a yox, "Göyəzən"ə də kömək etmişəm, "Şəmkir"i də futbola qaytarmışam. "Turan Tovuz"u mən saxlamışam. Çempionatda heç bir komandaya güzəşt olunmayacaq. Şərait var, hər şey edilir. Aramızda bəzi insanlar var ki, nəyəsə gücü çatmayanda, komandaları uduzanda hakimi günahlandırır. Bu söhbətləri yığışdırmaq lazımdır. Udanda özləri udur, uduzanda mən uduzdururam?!"
Qurum rəhbəri aşağı dəstədə danışılmış oyunlarla bağlı məsələlərə də aydınlıq gətirib: "Danışılmış oyunlarla bağlı məsələ var. Rövnəq müəllim bildirib ki, bizə sübut lazım deyil, şübhə bəs edir. Bir dəfə "Şərurspor"un oyununda yazmışdılar ki, uduzacaq, amma gəldi uddu. Bizdə şər atmaq çox asandır" (sportnet.az).
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu