“Rio-2016” Olimpiya Oyunları Azərbaycan üçün bir çox məqamla əlamətdar olub. Oyunların yekunları ilə bağlı gənclər və idman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb.
“Azərtac”ın xəbəribə görə, yüksək nəticələr qazanan idmançılarımıza, eyni zamanda, Braziliyadakı nümayəndə heyətinə böyük dəstək verən azarkeşlərə dərin minnətdarlığını bildirən nazir deyib: “Həqiqətən də hər gün burada - uzaq Rioda biz onların dəstəyini, diqqətini hiss edir, çoxlu mesajlar alırdıq. Bakıdan çoxlu məlumatlar gəlirdi və sözsüz ki, bu dəstək bizim üçün də, idmançılarımız üçün də çox vacib idi. Düşünürəm ki, qazanılan qələbələrdə bu dəstək də böyük rol oynadı”.
Olimpiya Oyunlarının idman aləmində ən mötəbər tədbir olduğunu vurğulayan nazir qeyd edib ki, idmançılarımız Azərbaycan tarixinə yeni bir səhifə yazıblar. Hər dörd ildən bir keçirilən bu nüfuzlu yarışlara idmançılar, idmanla bağlı olan insanlar, idman mütəxəssisləri - hamı çox ciddi hazırlaşır. “Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də bütün xalqımızı və azarkeşləri sevindirəcəklər”, - deyə A.Rəhimov bildirib.
Qarşıda duran vəzifələrdən danışan nazir deyib ki, gərgin keçən yarışlardan sonra idmançılara istirahət üçün müəyyən vaxt veriləcək. Bir neçə aydan sonra isə Tokio Olimpiya Oyunlarına hazırlıqlar başlanacaq. Həm nazirlik, həm Olimpiya Komitəsi, ilk növbədə, federasiyalar bu işə çox ciddi yanaşırlar, nəticələri təhlil edərək növbəti mərhələlərdə atılacaq addımları planlaşdırırlar. Nazirlik bu məsələdə onlara hərtərəfli dəstək olur. Təlim-məşq toplantılarının maliyyələşdirilməsi, idmançıların yarışlara göndərilməsi, dopinqlə bağlı məsələ nazirliyin prioritet istiqamətlərindəndir və buna daha çox diqqət yetiriləcək.
A.Rəhimov deyib: “Azərbaycanda hər bir idman növü üzrə lazımi maddi-texniki baza formalaşdırılıb, idmançılara hər cür şərait yaradılıb. Bu şərait Rio və ya London Olimpiya Oyunlarından heç də fərqlənmir. Yəni, olimpiya standartlarına tam uyğundur. Həqiqətən də Azərbaycan idman ölkəsinə çevrilib və bu, müvafiq beynəlxalq təşkilatlarda da etiraf olunur”.
Azərbaycan idmançılarının “Rio-2016”da qazandıqları fantastik göstəricilərin gözlənilən olub-olmadığına dair sualı cavablandıran Azad Rəhimov deyib: “Biz ilk növbədə dünyanın, ölkə ictimaiyyətinin və mediasının, mütəxəssislərimizin bu göstəriciləri necə qiymətləndirdiklərinə baxırıq və belə bir təhlil çox vacibdir. Statistik rəqəmlər də çox önəmlidir. Sözsüz ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman sahəsində effektiv bir dövlət olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Böyük Britaniyanın “The Telegraph” qəzetinin apardığı təhlillərə əsasən Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu, doğrudan da inanılmaz nəticədir. Avropa ölkələri arasında biz yeddinci, İslam dövlətləri arasında birinci, MDB məkanında ikinciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq. Daha bir sevindirici hal odur ki, bu gün biz beş idman növündə çıxış edirik. Halbuki qızıl medalların sayına görə bizi qabaqlayan bəzi ölkələr maksimum üç idman növündə çıxış ediblər”.

Hakim səhvlərinin, bəzi hallarda ədalətsiz qərarların nəticələrə təsirinə münasibət bildirən nazir gimnastımız Marina Durundanın çıxışını misal gətirib: “Digər federasiyaların prezidentləri mənə yaxınlaşıb deyirdilər ki, Marina Durunda çox gözəl çıxış etdi. Həqiqətən də bu çıxış ən azı bürünc medala layiq idi”.
İdmançılarımızdan kimi daha çox fərqləndirdiyi barədə suala cavab verən A.Rəhimov deyib ki, mükafat qazanan 18 idmançı arasında heç kimi fərqləndirmir. Onlar hamısı bizim qəhrəmanlarımızdır. Azərbaycan xalqının oğulları, vətəndaşlarıdır. Hamısı Azərbaycanı düşünürlər. Əsas məsələ də məhz budur”.
Komandamızdakı legionerlərə gəlincə nazir qeyd edib ki, onlar da Azərbaycan vətəndaşıdır: “Burada yaşayaraq, hazırlaşaraq medal qazanırlar. Bu, bütün idman növləri üçün böyük bir inkişafdır. Biz həmin legionerləri dəstəkləyirik və onlara heç bir fərq qoymuruq”.
Nazir jurnalistlərə müsahibəsində, həmçinin ayrı-ayrı idman növlərində qazanılan nəticələri, idmançıların çıxışlarını da təhlil edib.
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər
"Sabah" Fransa klubundan futbolçu transfer etdi
Amin Seydiyevin yeni klubu
Premyer Liqada mövsümün ən yaxşı oyunu seçildi
DÇ-2026-da həm tarixə düşəcək, həm karyerasını bitirəcək
Millinin rəqibləri bilindi
ABŞ-a buraxılmayan hakimə - UEFA-dan böyük etimad
"Qarabağ" rəhbərliyi Qurban Qurbanovla nəyi müzakirə edib?
"Sumqayıt"dan "Şamaxı"ya - Rəsmi
"Seltik" 74 yaşlı baş məşqçisi ilə müqaviləni uzatdı
"Şəfa" yeni loqosunu təqdim etdi - Şəkil
Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
Kasilyas infarkta görə "Portu"nu məhkəməyə verib
Xəyal Əliyev əməliyyat olundu
FİFA reytinqi açıqlandı, Azərbaycan mövqe itirdi
"Qarabağ"da üç futbolçunun son durumu
DÇ-2026-nın ən çox qazanan futbolçuları kimlərdir? - TOP-10
"Barselona" 18 yaşlı hücumçunu transfer etdi
Daha 3 il "Qarabağ"da - Rəsmi
Roma Papası azarkeş və möminlərə müraciət etdi
Türkiyə millisinin düşərgəsindən yeni xəbər
Mahir Emrelinin növbəti ünvanı - Azərbaycan, yoxsa?..
Mükafat məsələsində razılığa gəldilər