Qurban Qurbanov: "Rəqib öz oyunundan əl çəkmədi"

Qurban Qurbanov: "Rəqib öz oyunundan əl çəkmədi"
ÖLKƏ FUTBOLU 27 İyul 2016 / 00:30 16787
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” ilə keçirilən ilk oyunundan sonra görüş haqda fikirlərini bildirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, qolsuz heç-heçə qeydə alınan səfər matçı haqda bunları bildirib:

“Oyundan əvvəl bildirdiyim kimi, “Viktoriya Plzen" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi. Öz oyunlarından əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.

Daha çox


Son xəbərlər