Əliyar Ağayev Avroliqanın III təsnifat mərhələsində

Əliyar Ağayev Avroliqanın III təsnifat mərhələsində
XƏBƏR 22 İyul 2016 / 11:07 8150
-  A +

Azərbaycan hakimi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Rusiyanın Krasnodar şəhərindəki “Kuban” stadionunda keçiriləcək “Krasnodar” – “Birkirkara” (Malta) oyununun baş hakimi  olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiysını Rauf Cabbarov yerinə yetirəcək.
 


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner