Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK klubunu hər iki oyunda məğlub edən "Qəbələ"nin növbəti rəqibi Fransa təmsilçisi "Lill" olacaq.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 28-də səfərdə oynayacaq "qırmızı-qaralar" avqustun 4-də rəqibini Bakıda qəbul edəcək. Lillin eyniadlı klubu komandanın avrokuboklarda qarşılaşacağı ikinci "Böyük beşlik" təmsilçisidir. "Qəbələ" ötən mövsüm qrup mərhələsində Almaniya "Borussiya"sı (Dortmund) ilə də üz-üzə gəlmişdi.
1944-cü ildə yaradılan “Lill”in əsası iki klubun – “Olimpik Lill” və “Fiv İK”in birləşməsi sayəsində qoyulub. Elə klub tarixinin ən parlaq illəri də ötən əsrin ortalarına təsadüf edib. 1945/1946 və 1953/1954 mövsümlərində Fransa çempionu titulunu qazanan “Lill” iki zəfər arasında olan dövrdə 4 dəfə gümüş medallara yiyələnib. Həmin illərdə 7 dəfə ölkə kubokunun finalına yüksələn komanda 5 dəfə yarışın qalibi olub. Uğurlu startın ardından eniş dövrü yaşayan klub liqalar arasında var-gəl edib. Bu müddətdə 4 dəfə yüksək dəstəyə qayıtmalı olan Lill təmsilçisi 2000-ci ildə sonuncu dəfə aşağı dəstənin çempionu olub.
XXI əsrdə kifayət qədər uğuru olan komanda avrokuboklarda yalnız 2001-ci ildə debüt edib. Daxili arenada isə 57 illik çempionluq həsrəti 2010/2011 mövsümündə 3-cü qızılın qazanılması ilə başa çatıb. 2004/2005 mövsümündə gümüş, 2005/2006 mövsümündə bürünc mükafata yiyələnən rəqibimiz çempion olduğu 2011-ci ildə ölkə kubokuna da yiyələnib. 56 ildən sonra qazanılan uğur sayca 6-cı olub.
Avrokuboklardakı debüt mövsümündə UEFA Çempionlar Liqasında çıxış edən “Lill” 6 dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparıb. Bunların 5-də qrupda oynayan komanda 2006/2007 mövsümündə 1/8 finaladək irəliləyib. UEFA Avropa Liqasında da 4 dəfə 1/8 finala yüksələn fransalılar avrokuboklarda 102 matç keçirib, bunların 39-da qələbə qazanıb, 35-da heç-heçə edib və 28 dəfə uduzub. Ötən mövsüm qitəmiqyaslı turnirlərdə oynamayan “Lill” Fransa çempionatını 5-ci pillədə başa vurub.
Bu da komandaya Avropa Liqasında oynamaq imkanı verib. Frederik Antonettinin komandası 3-cü pillədən 5 xal geri qalıb.
"Lill"in ev oyunlarını keçirdiyi 50 min 186 tamaşaçı tutumuna malik "Stad Pyer Morua" yeni başa çatan Avropa çempionatının qarşılaşmalarını da qəbul edib. "Lill"in stadionu ilə yanaşı, 29 yaşlı hücumçusu Eder də yarışın iştirakçısı olub. Portuqaliya millisinin üzvü yığması ilə birlikdə qitə çempionluğu yaşayıb. O, Fransa ilə final matçının əlavə vaxtında həlledici qolun müəllifidir.
Xatırladaq ki, "Lill" UEFA Avropa Liqasında mübarizəyə birbaşa III təsnifat mərhələsindən başlayacaq.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”