“Həm asan, həm çətin oyun oldu. Rəqibin oyunu göstərdi ki, matça yaxşı hazırlaşmışdılar “Düdelanj” çətinb rəqibdi. Səfərdə ən çətin matçlarımızdan birini keçirəcəyik”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Düdelanj”a qalib gəldikləri oyundan sonra deyib.
O, cavab matçı barədə də fikirlərini bölüşüb: “Lüksemburqdakı stadionun durumu da yaxşı deyil. İnanıram ki, bu durum yaxın günlərdə müsbətə doğru dəyişəcək. Cavab oyununda həddindən artıq ciddi olmalıyıq”.
- İki fərqli hissə izlədik. İkinci hissədə “Qarabağ”ın sönük oyununun səbəbi nə idi?
- Komanda ideal vəziyyətdə deyil. İkinci hissədə rəqib fərqli futbol oynadı və biz də onların sisteminə uyğun hərəkət etdik. Komandamız ikinci hissədə də qol vurmaq istəyirdi. Səbrli olmaq və düzgün hücumlar qurmağa çalışırdıq.
- “Qarabağ”ın 3 futbolçusu bu gün sarı vərəqə aldı. Bu rəqəm çox deyilmi?
- Düz qeyd etdiniz. Yadıma gəlmir ki, son vaxtlar bu qədər sarı vərəqə nə vaxt almışıq? Ancaq buna rəqibin oyunu məcbur etdi. Rəqibin əks-hücumunun qarşısını kəsmək istəyərkən sarı vərəqələr aldıq.
- Arif Daşdəmirov və Əl Hərbinin oynamamasına səbəb nə idi?
- İmkanım olsaydı, bütün futbolçulara şans verərdim. Futbolçularımız oynamağa hazırdı. Gələcək oyunlarda heyətdə dəyişiklik edə bilərik.
- “Düdelanj”ın cavab oyununda “Qarabağ”a 3 qol vura biləcəyinə inanırsınız?
- İndi futbolda mümkünsüz heç nə yoxdu. Əgər səfərdə meydana arxayın çıxsaq, qapımızda 3 qol görə bilərik. Çünki “Düdelanj” bunu bacara biləcək komandadı. Dediyim kimi, daha diqqətli futbol oynamalıyıq.
- Növbəti mərhələdəki rəqiblərə diqqət yetirmisiz?
- Xeyr, hazırda bütün diqqətimizi bu oyuna yönəltmişik. Hələ növbəti mərhələdəki rəqibləri düşünmürük
Osimhen sıradan çıxdı
İstanbul derbisində ölüm
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi
Bundesliqada ilk: 40 yaşdan yuxarı 2 futbolçu üz-üzə gələcək
"Neftçi" - "Şəfa" matçının heyətləri açıqlandı
Haalanddan 300-cü qol
“Bu, komandam üçün yaxşı sınaq olacaq”
“Mançester Siti”də ilk oyununa son anda çıxdı