Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan “Qəbələ” Bakıda keçirilən ilk oyunda 5:1 hesabı ilə qalib gəlib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, klub tarixinə ən böyükhesablı avrokubok qələbəsi kimi düşüb.
Ardıcıl 3-cü dəfə qatıldığı yarışda 4-cü qələbəsini qazanan “qırmızı-qaralar” əvvəlki oyunlarda iki dəfə 2:0, bir dəfə 1:0 hesabı ilə qalib gəlib. İlk dəfə böyük hesablı – 3 və daha çox top fərqilə qələbə qazanan “Qəbələ” Azərbaycan futbolu tarixinə də düşüb. Əyalət təmsilçisi ev oyununda ən çox qol vuran komanda ünvanına yiyələnib. Bunadək heç bir Azərbaycan klubu öz meydanındakı avrokubok görüşündə 4-dən artıq qol vurmamışdı ki, bunu gerçəkləşdirən ilk klub “Qəbələ” olub. “Qırmızı-qaralar” həm də ən böyükhesablı ev qələbəsinə - 4 top fərqilə qalib gəlmək rekorduna da şərik olub.
“Qəbələ” – “Samtredia” qarşılaşması bir sıra digər məqamlarla da əlamətdar olub:
- Debüt oyununda het-trikə imza atan Teo Uiks “Qəbələ”nin tarixində avrokubok matçında 3 qol vuran ilk futbolçu kimi düşüb. Ümumilikdə isə liberiyalı Azərbaycan klublarının qitə miqyaslı turnirlərdə 3-cü het-trikinin müəllifidir.
- Teo həm də “Qəbələ”nin tarixində 3-cü het-trik müəllifi olub. Bu oyunadək onlar yalnız 2 dəfə - 1 dəfə Azərbaycan kuboku, 1 dəfə Premyer Liqada bunu bacarıblar.
- “Qəbələ”nin 4-cü, Uiksin 2-ci qolu klub tarixinin avrokuboklarda ümumilikdə 15-ci, evdə 10-cu topu olub.
- “Qəbələ”nin 2-ci qolunun müəllifi Sergey Zenyov “qırmızı-qaralar”ın Roman Qriqorçukun rəhbərliyi altında 100-cü topuna sevinib. Komanda ukraynalı mütəxəssisin baş məşqçiliyi altında 103 qol vurub, 65-ni buraxıb.
- Roman Qriqorçuk “Qəbələ” ilə 15-ci avrokubok matçına çıxıb. Bu qarşılaşmalarda 4-cü qələbəsini qazanan komanda 5 heç-heçə edib, 6 məğlubiyyət alıb, 16 qol vurub, 19-nu buraxıb.
- Vojislav Stankoviç “Qəbələ”də 40-cı oyununu keçirib.
- Start heyətində meydana çıxan 4 futbolçu - Nika Kvekveskiri, Teo Uiks, Filip Ozobiç və Baqali Dabo, həmçinin meydana sonradan daxil olan Tellur Mütəllimov “Qəbələ”də ilk rəsmi oyununu keçirib. Klubun 11 illik tarixində “qırmızı-qara” forma geyinənlərin sayı 207-yə çatıb.
- Uiks ilk liberiyalı, Ozobiç ilk xorvatiyalı olub. Bununla da “Qəbələ”də təmsil olunan ölkələrin sayı 37-yə çatıb. Bu matçadək 35 ölkədən 99 legioner rəsmi matçlarda “qırmızı-qaralar”ın heyətində çıxış edib. Kvekveskiri, Dabo, Uiks və Ozobiç 37 ölkədən olan legionerlərin sayını 103-ə çatdırıb. Digər 104 oyunçu isə yerli futbolçulardır.
- Kvekveskiri 10-cu gürcüstanlı, Dabo 2-ci fransalıdır.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi