"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt"dan daha bir transfer
XƏBƏR 30 İyun 2016 / 15:57 5950
-  A +

2016/2017 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda son olaraq "Xəzər Lənkəran"da çıxış etmiş cinah müdafiəçisi Vaquf Güləliyevi heyətinə qatıb.

Adıçəkilən futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Fərhad Vəliyev (“Qarabağ”), Ruslan Tağızadə ("Rəvan"), Kamran Abdullazadə ("Xəzər Lənkəran"), Əli Həsənli ("Neftçala"), Mirabdulla Abbasov ("Neftçi"dən icarəyə götürülüb), Rail Məlikov (AZAL) və Vadim Abdullayevi ("Qəbələ") transfer edib.

Son xəbərlər
topaz banner