Toni Adams "Arsenal"da məşqçilik edəcək

Toni Adams "Arsenal"da məşqçilik edəcək
XƏBƏR 29 İyun 2016 / 21:23 5914
-  A +

"Qəbələ" klubunun futbol direktoru Toni Adams karyerasını İngiltərədə davam etdirəcək.

Qol.az-ın "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis sabiq komandası "Arsenal"da məşqçilik edəcək.

O, klubun canlı əfsanəsi Tyeri Anri ilə birgə "Arsenal"ı U-18 komandasında çalışacaq.

Qeyd edək ki, futbolçu karyerasında 19 il "Arsenal"ın şərəfini qoruyan Adams "topçular"ın heyətində 674 oyun keçirib.

Xatırladaq ki, daha öncə T.Adamsın Danimarkanın "Bröndbü" klubunun baş məşqçisi təyin olunacağı iddia edilirdi. 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner