Venger İngiltərə millisini çalışdıra bilər
İngiltərə millisində boş qalan baş məşqçi vəzifəsinə ən real namizəd “Arsenal”ın çalışdırıcısı Arsen Vengerdir.
Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı xəbər yayıb.
Fransalı mütəxəssisin “Arsenal”la müqaviləsi gələn ilin yayında başa çatacaq. İngiltərə Futbol Federasiyasının Vengeri bir il gözləməyə hazır olduğu bildirilir. Bu müddət ərzində isə millini gənclər yığmasının baş məşqçisi Qaret Sautqeytin çalışdırcağı gözlənilir.
Qeyd edək ki, Arsen Venger 20 ildir İngiltərədə çalışır. O, 1996-cı ildən London klubunun baş məşqçisidir.