Argentina millisinin baş məşqçisi Xerardo Martinonun yığmada gələcək taleyinə aydınlıq gəlib.
Qol.az-ın Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 53 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.
Ölkənin Futbol Federasiyasının rəsmi saytında Martinonun gələcəyi ilə bağlı bunlar yazılıb: "Martino və onun köməkçiləri bazar ertəsi işinə qayıdacaq və komandanı Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlayacaq".
Qeyd edək ki, Argentinanın Amerika kubokunun finalında Çiliyə uduzmasından sonra Martinonun istefaya göndəriləcəyi iddia olunurdu.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi