İngiltərə millisinin kapitanı Ueyn Runi yığmadakı gələcək karyerası haqda danışıb.
Qol.az-ın "Sky Sports"a istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçu "Avro-2016"dakı uğursuzluqdan sonra yığmadakı karyerasını bitirməyi düşünmədiyini bildirib:
"İslandiyaya uduzduğumuz üçün çox məyusam. Ancaq millidə oynadığım üçün qürur duyuram. Növbəti baş məşqçinin kim olacağını maraqla gözləyirəm. Əgər yeni baş məşqçi məni yığmaya dəvət etsə, məmnuniyyətlə qəbul edəcəm. Yığmadan getmək niyyətim yoxdur. Düşünürəm ki, yığma əsasən gənc futbolçulardan ibarətdir və bu komandanı yaxşı gələcək gözləyir".
Qeyd edək ki, "Avro-2016"nın 1/8 finalında İslandiyaya 1:2 hesabı ilə uduzan ingilislər turnirlə vidalaşıb.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi