"Qəbələ" - "Samtredia": biletlər satışda

"Qəbələ" - "Samtredia": biletlər satışda
XƏBƏR 27 İyun 2016 / 17:29 6273
-  A +

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb.

Biletləri bu gündən etibarən "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyunun 30-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.

Son xəbərlər
topaz banner