Loran Blan PSJ-dən ayrıldı – rəsmi

Loran Blan PSJ-dən ayrıldı – rəsmi
XƏBƏR 27 İyun 2016 / 15:40 3365
-  A +

PSJ baş məşqçisi Loran Blanla yolları ayırdığını rəsmən açıqlayıb.

Qol.az-ın məlumatına görə, klubun  saytı  tərəflərin bir araya gəldiyini və yolların rəsmən ayrıldığını bəyan edib.

Paris təmsilçisi 50 yaşlı mütəxəssisə 22 milyon avroya qədər  təzminat ödəyəcək. Fransalı mütəxəssisi PSJ-də "Sevilya"dan ayrılan Unai Emerinin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, 2013-cü ildən PSJ-ni çalışdıran L.Blan  komandasına ardıcıl üç il ölkə çempionluğunu qazandırsa da Çempionlar Liqasında gözlənilən nəticəni verməyib.

Son xəbərlər
topaz banner