Aqolli "Qarabağ"a qoşuldu

Aqolli "Qarabağ"a qoşuldu
XƏBƏR 27 İyun 2016 / 11:20 5121
-  A +

Albaniya millisi ilə Fransada keçirilən "Avro-2016"-nın final mərhələsində çıxış edən “Qarabağ”ın futbolçusu  Ansi Aqolli dünən axşam saatlarında komandaya qoşulub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. Aqolli bugündən etibarən məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, Aqolli "Avro-2016"da Albaniya millisi ilə 3 oyunda (2 oyunda kapitan kimi) meydanda olub. Onun komandası son anda 1/8 finala vəsiqəni əldən verib.


Son xəbərlər
topaz banner