“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray”dan növbəti transfer
XƏBƏR 26 İyun 2016 / 01:04 11819
-  A +

Türkiyənin “Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Qol.az-ın Tükiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İstanbul klubu “Antalyaspor”la müqaviləsi başa çatan  Emrah Başsanla razılığa gəlib.

24 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2011-ci ildən “Antalyaspor”da çıxış edən futbolçu 136 oyuna 21 qol vurub.

Son xəbərlər
topaz banner