"Zirə"dən daha bir transfer

"Zirə"dən daha bir transfer
XƏBƏR 25 İyun 2016 / 19:30 7480
-  A +

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yeni transferi Milan Duriç bu gün ictimaiyyətə təqdim olunub.

Serbiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Futbolçu ötən mövsüm Xorvatiyanın “İstra” klubunda oynayıb. Bundan əvvəl 3 il müddətində, 2013-2015-ci illərdə Serbiya təmsilçisi “Yaqodina”da çıxış edən Milan həmçinin, ölkəsində “Pekar” və Makedoniyada “Metallurq”un formasını geyinib.

Son xəbərlər
topaz banner