Namiq Ələsgərov məşqlərə başladı

Namiq Ələsgərov məşqlərə başladı
XƏBƏR 24 İyun 2016 / 11:55 3233
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın yeddinci gününü komanda bir məşqlə başa vurub.

Dünən axşam saatlarında keçirilən məşqdə bütün futbolçular iştirak edib. Zədəli futbolçu Namiq Ələsgərov isə fiziyoterapevt nəzarəti altında çalışmasını davam etdirib.

Məşqdə fiziki və taktiki çalışmalara üstünlük verilib. Komandanın hazırlığı 1 saat 45 dəqiqə davam edib.

 


Son xəbərlər
topaz banner