"Zirə"dən daha bir transfer

"Zirə"dən daha bir transfer
XƏBƏR 23 İyun 2016 / 18:22 7341
-  A +

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda mövsümlərarası fasilədə 2-ci legionerlə anlaşıb.

Yerli futbolsevərlərə də yaxşı tanış olan Yasin Həmidlə üç illik müqavilə imzalanıb. Yasin ötən mövsüm “Rəvan”dakı çıxışı ilə diqqət mərkəzinə düşüb.

Universal futbolçu ölkəmizə Ukraynadan gəlib. Misir əsilli Yasin Həmid “Xarkov”un yetirməsidir. Həmçinin, “Metallurq” və “Stal” klublarında çıxış edib. 23 yaşlı Yasin Ukraynanın U-19 yığmasında da forma geymək şansı qazanıb.

Son xəbərlər
topaz banner