“Qəbələ”nin rəqibindən darmadağın

“Qəbələ”nin rəqibindən darmadağın
XƏBƏR 23 İyun 2016 / 13:50 3557
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin  rəqibi olan “Samtredia” Sloveniya toplanışında ilk yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Giya Tsedsadzenin komandası Buxarest “Dinamo”su ilə qarşılaşıb.

Oyun gürcülərin inamlı qələbəsi ilə başa çatıb – 5:1.

Qeyd edək ki, “Qəbələ”nin “Samtredia” ilə ilk görüşü iyunun 30-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Zestafonidə keçiriləcək.

Son xəbərlər
topaz banner