Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi” yeni məşqçi ilə anlaşıb.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "ağ-qaralar" ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə imzalayıb.
1989-1994-cü illərdə Qranada Universitetinin "Bədən Tərbiyyəsi və İdman” fakültəsində təhsil almış mütəxəssis, 1995/96-cı illər mövsümündə "Rekreativo” klubunda çalışıb. 1999-2002-ci illərdə "Albasete” klubunda fəaliyyət göstərmiş 46 yaşlı məşqçi, 2005-2007-ci illərdə "Deportivo”nun uğurları üçün çalışıb. 2007-ci ildə "Atletik” Bilbao klubuna gəlmiş Fransisko Navarro 4 mövsüm ardıcıl bu klubda işləyib.
Məlum olduğu kimi, Bilbao təmsilçisinin heyətində hər zaman əsasən yerli futbolçular çıxış edib. Az sayda legionerin çıxış etdiyi "Atletik” klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub. Fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirilib. İspaniyalı mütəxəssis yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi
Keyn ərəb klubuna keçir?
“Fənərbaxça” 17 illik həsrətə son qoya bilər
"Neftçi" serbiyalı futbolçu transfer etdi
Mourinyo "Real"da rəsmən təqdim olundu - Şəkillər
Robot Boltdan sürətli qaçdı, amma dayana bilmədi - Video
Seneqal millisini çalışdıracaq
"Sabah"ın rəqibində iki ayrılıq
"Qalatasaray" rus futbolçunun transferini həll etdi
"Hapoel”də “Sabah” həyəcanı
“Borussiya” Vermanı transfer etdi
Brunodan "Mançester Yunayted"ə rədd cavabı
Mourinyonun "Real"ında Arda Gülerin durumu necə olacaq?