"Neftçi" ilk oyunu Maltada keçirəcək

"Neftçi" ilk oyunu Maltada keçirəcək
XƏBƏR 21 İyun 2016 / 12:47 4007
-  A +

“Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Baltsan” klubu ilə keçiriləcək ilk oyununun yeri dəyişdirilib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbərə yayıb.

Püşkün nəticəsinə əsasən “Neftçi” “Baltsan”la ilk oyunu Bakıda keçirməli idi.  Lakin klublar arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən püşkatmadan dərhal sonra oyunların keçirilmə yeri barəsində UEFA-ya müraciət edilib.

Bu gün isə UEFA tərəfindən “Nefçi”yə rəsmi məktub daxil olub. Məktubda “Neftçi” – “Baltsan” cütü ilə yanaşı bir neçə oyunun keçirilmə yerində dəyişiklik edildiyi qeyd olunub. Bildirilib ki, “Neftçi” və “Baltsan” klubları arasında ilk oyun iyunun 30-da  Maltada, cavab matçı isə iyulun 7-də Bakıda keçiriləcək.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner