"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi - Lüksemburqun "Düdelanj" klubunu yaxından tanıyaq.
Qol.Az-ın məlumatına görə, "Düdelanj" 1991-ci ildə 3 klub – “Allyans”, “Stad” və YUS-un birləşməsindən yaranıb.
Ev oyunlarını 2500 tamaşaçı tutumuna malik "Yos Nosbaum" stadionunda keçirən "Düdelanj" klubunu Dino Topmöller çalışdırır. Klub prezidenti isə Flavio Bekkadır. Komanda ev oyunlarında "sarı-qırmızı", səfər matçlarında isə "ağ-qırmızı" rəngli formalardan istifadə edir.
Əsasən yerli futbolçuların üstünlük təşkil etdiyi klubda legionerlər də az deyil. "Düdelanj"da Fransa, Belçika, Konqo, Qana, Mərakeş və Anqola kimi ölkələrdən də futbolçular çıxış edir. Klub 25 illik tarixində ölkə daxilindəki uğurları ilə diqqət çəkir. 12 dəfə ölkə çempionu adını qazanan "Düdelanj" 6 dəfə ölkə kubokuna sahib çıxıb.
Avrokuboklarda 48 oyuna çıxan "Qarabağ"ın rəqibi ən yaxşı halda Çempionlar Liqasının III təsnifat mərhələsinə qədər irəliləyib. 2012/2013 mövsümündə Çempionlar Liqasında öncə San-Marinonun "Tre Penne", daha sonra Avstriyanın "Zalsburq" klubunu mübarizədən kənarlaşdıran "Düdelanj" III təsnifat mərhələsində Sloveniya çempionu "Maribor"la bacarmayıb. Evdə 0:1 uduzan Lüksemburq çempionu səfərdə də rəqibinə 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Ötən mövsüm isə "Düdelanj" Avropa Liqasının I təsnifat mərhələsində İrlandiyanın "Dublin" klubuna iki oyunun nəticəsinə görə (2:1, 0:1) uduzaraq turnirlə erkən vidalaşıb. Bu mövsüm Lüksemburqu Çempionlar Liqasında təmsil edəcək "Düdelanj" Azərbaycan çempionu "Qarabağ"la üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” və “Düdelanj” komandaları arasında ilk oyun 12-13 iyul, cavab matçı isə 19-20 iyul tarixlərində keçiriləcək.
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər
Səhv qərar versə də, klubdan üzr istəməyəcək
Elçin Məsiyev dünya çempionatına təyinat aldı
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
“Barselona” və “Real” barışıq əldə edə bilmədi
Yunis Hüseynovun cəzası bilindi
Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər
Musialanın səhhəti ilə bağlı mühüm detal üzə çıxdı
Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
İsrail "Qalatasaray" azarkeşlərindən UEFA-ya şikayət etdi
“Tottenhem”də yeni müqavilə
"Real" PSV-ni belə darmadağın etdi - Video
İtaliya millisinin təklifini rədd etdiyini açıqladı
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Çempionlar Liqasında iki tarixi rekord
Amerika kuboku bu ölkədə keçiriləcək
Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video
"Fənərbaxça" "Şaxtyor"la, PSJ "Roma" ilə üz-üzə
Okan Buruk “Aston Villa” qələbəsini dəyərləndirdi
"Qalatasaray" və "Real"dan qələbə - ÇL-də nəticələr
Ronaldodan 987-ci qol
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi