"Qarabağ" Avstriyaya yollandı

"Qarabağ" Avstriyaya yollandı
XƏBƏR 16 İyun 2016 / 14:27 3019
-  A +

"Qarabağ" bu gündən etibarən 2016/2017 mövsümünün hazırlıqlarına start verir.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi günorta saatlarında Bakı-İstanbul-Münhen reysi ilə Avstriyaya yola düşüb.

Komanda son iki ildə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq. 

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarından ikisinin keçirilmə tarixi məlumdur. Qurban Qurbanovun komandası iyunun 25-də yerli "Vakker" klubu və iyunun 28-də isə dördqat Rusiya çempionu "Zenit"lə qarşılaşacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner