"Qarabağ"ın sabiq futbolçusu Hollandiya klubunda

"Qarabağ"ın sabiq futbolçusu Hollandiya klubunda
XƏBƏR 14 İyun 2016 / 17:36 9744
-  A +

2015/2016 mövsümünün sonunda "Qarabağ"dan ayrılan Samuel Armenterosun yeni klubu müəyyənləşib.

Qol.az-ın Hollandiya mətbuatına istinadən verdiyi məlumata görə, isveçli hücumçusu yenidən sabiq komandası "Herenven"ə qayıdıb.

Artıq 26 yaşlı futbolçunun Hollandiya təmsilçisi ilə razılığa gəldiyi bildirilir. Armenterosun yaxın günlərdə yeni klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 2008-2009-cu illərdə "Herenven"də çıxış edən Armenteros ötən mövsümü "Qarabağ"da keçirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner