"Avropa çempionatında bəzi oyunları izləmək üçün Zaqrebdən Parisə uçdum. Təyyarə o qədər yüklənmişdi ki, qəza olacağından qorxurdum. Bir qədər sonra ikinci şok hadisə oldu. "Şarl de Qol" hava limanına eniş etdikdən sonra bomba həyəcanı yaşandı. Lakin iki saat ərzində xüsusi təlim görmüş itlərin reydindən sonra xəbərin yanlış olduğu müəyyənləşdi".
Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.
Xorvatiya millisinin "Avro-2016"da Türkiyə ilə keçirdiyi oyun (1:0) haqda danışan Prosineçki ölkəsinin yığmasının qələbə qazanmasına sevindiyini bildirib: "Hava limanından çıxıb taksi ilə qalacağımız otelə gəldik. Xorvatiya - Türkiyə oyunu artıq başa çatmışdı. Oyunu izləyə bilmədim. Ancaq sevindirici məqam o idi ki, Xorvatiya yığması qalib gəldi. Axşam saatlarında restorana gedərək Draqo Kosiç və Tomislav Zidakla bu qələbəni bayram etdik. Lakin mənim çox vaxtım yox idi. Çünki "DÇ-2018"in seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan
Çexiyanın İspaniya ilə oyununu izləməli idim".
"Fatih Terim Türkiyəni Xorvatiya ilə oyuna yaxşı hazırlaşdıra bilməmişdi"
47 yaşlı mütəxəssis Türkiyə millisindən daha yaxşı oyun gözlədiyini bildirib: "Açığı türklərdən qorxurdum. Onlardan yaxşı oyun gözləyirdim. Lakin Fatih Terim komandasını bu oyuna lazımi səviyyədə hazırlaşdıra, eləcə də Arda Turanı motivasiya edə bilməmişdi. Mən türklərin Sloveniya ilə yoldaşlıq matçını da izləmişdim. Arda həmin görüşdə də yaxşı oynamadı. Görünür, Arda "Barselona"da mövsümün ilk yarısında oynamamasının əzabını çəkir. Hakan Çalhanoğlu da gözlənilənləri vermədi.
Luka Modriçə gəlincə, onun matçın əsas fiquru olacağını gözləyirdim. Turnirə yaxşı başladıq. Bundan daha artığına nail olmağımız üçün Çexiya ilə görüşdən də yaxşı nəticə ilə ayrılmalıyıq. Niyə də qrup birincisi olmayaq?".
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov