Emeri "Sevilya"dan getdi

Emeri "Sevilya"dan getdi
XƏBƏR 13 İyun 2016 / 12:07 5780
-  A +

"Sevilya"nın baş məşqçisi Unai Emeri istefa verib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis öz istəyi ilə vəzifəsindən gedib.

Klubla müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən Emerinin yeni mövsümdən PSJ-ni çalışdıracağı gözlənilir. "Sevilya"nı isə Xorxe Sampaolinin çalışdıracağı iddia olunur.

Qeyd edək ki, 2013-cü ildən "Sevilya"nı çalışdıran Emeri komandası ilə ardıcıl üç dəfə Avropa Liqasının qalibi adını qazanıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
23.06.26  21:30

Ronaldodan yeni rekord

topaz banner