Millimiz son oyunda uduzdu

Millimiz son oyunda uduzdu
XƏBƏR 12 İyun 2016 / 16:05 2656
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində son oyununu keçirib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə,  Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızn qolunu Nərmin İsmayılova vurub.

Qeyd edək ki, turnirin ilk oyununda Rumıniya yığmasına 1:4 hesabı ilə məğlub olan futbolçularımız ikinci qarşılaşmada Sloveniya komandasına qalib gəlmişdi – 2:1.

Qarabağ FK
Son xəbərlər
topaz banner