Futbol üzrə Avropa çempionatının (Avro-2016) başlaması ərəfəsində Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə qəbul keçirilib.
Qol.az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirdə iştirak edən senatorları, nazirliklərin, böyük şirkətlərin nümayəndələrini, iş adamlarını salamlayaraq SOCAR-ın futbol üzrə Avropa kuboku yarışlarında UEFA-nın rəsmi tərəfdaşı olduğunu söyləyib.
Azərbaycanda idmana böyük önəm verildiyini qeyd edən diplomat artıq bir neçə ildir Bakıda beynəlxalq idman yarışlarının təşkil olunduğunu bildirib. O, Bakının müxtəlif ölkələrdən gələn 6 min idmançının iştirak etdiyi birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini xatırladıb.
Səfir Azərbaycan paytaxtında keçirilmiş UEFA U-17 Avropa Kubokundan, bir neçə gündən sonra başlayacaq “Formula -1” Qran-pri yarışlarından və 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarından söz açıb. Bildirilib ki, bu yarışların keçirilməsi ölkədə idmana verilən önəmin göstəricisidir. İdman yarışları müxtəlif dinlərin, irqlərin nümayəndələrini bir araya gətirir, mədəniyyətlərarası dialoqa töhfə verir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək Fransanın bugünkü bayramında Azərbaycanın da payının olduğunu bildirib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti kimi Fransanın Avropa Kuboku yarışlarına ev sahibliyi üçün seçilməsində fəal iştirak etdiyini diqqətə çatdırıb. Yarışların yüksək səviyyədə keçirilməsi üçün SOCAR-ın baş sponsorlardan biri kimi öz töhfəsini verdiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir və yeni tədbirlərin təşkilində böyük təcrübəyə və iradəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yeganə prezidentdir ki, həm də Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edir və ölkədə idmanın inkişafına xüsusi diqqət göstərir. Bu gün Fransanın bayramında iştirakımız həm də ölkəmizin “Avro-2020” futbol yarışlarının bir neçə görüşünə ev sahibliyi etməsinə hazırlığıdır. Fransada bir ay müddətində davam edəcək bu bayramın 2020-ci ildə Azərbaycanda davam etdiriləcəyinə əminlik ifadə olunub. Belə tədbirlərdə iştirakın ölkəmizi və SOCAR-ı dünyada tanıtmaq, eləcə də biznes fəaliyyətinə təkan vermək üçün effektli platforma olduğu vurğulanıb.
Sonra Parisin 7-ci rayonunun meri Raşida Dati çıxış edərək Azərbaycanın açıq ölkə olduğunu və burada bütün etnik qruplara hörmət bəslənildiyini söyləyib. O, bu məkanın bütün dinlərdən və irqlərdən olan insanlara açıq olduğunu vurğulayıb. Hər kəsin özünü tam azad şəkildə hiss etdiyini qeyd edən R.Dati belə bir şəraitin yalnız Azərbaycana məxsus olduğunu vurğulayıb. O, Azərbaycanın əlverişli geosiyasi coğrafi məkanda yerləşdiyini, siyasi, iqtisadi baxımdan güclü olan ölkəmizin, həmçinin böyük sivilizasiyaya malik olduğunu vurğulayıb. Mer Heydər Əliyev Fondunun Vatikanda katakombaların bərpasına və Fransada kilsələrin restavrasiyasına töhfələrindən də danışıb.
Tədbirdə 1998-ci il dünya kuboku yarışlarında iştirak edən Fransa millisinin futbolçuları Kristian Karembö və Marsel Dösayi ilə görüş təşkil olunub.
Yuxarı
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı
"Zirə" uduzdu, "Neftçi" qalib gəldi - "Sabahın ulduzları"
Çempionlar Liqasında pley-off başladı
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu